Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək

Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək təşkil ediləcək.

Frame.az xəbər verir ki, bununla əlaqədar fevralın 5-də Bakıda müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri imzalayıblar.

Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: