Bakıda Formula 2 üzrə sərbəst yürüş estoniyalı Yuri Vipsin qələbəsi ilə başa çatıb

İyunun 10-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.

45 dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.

Sərbəst yürüşdə iki qəza baş verib. Belə ki, “MP Motorsport” komandasının pilotu Klement Novalak və “Campos Racing” komandasının pilotu üzvü Ralf Boşunq qəza törədiblər.

Qeyd edək ki, bu gün saat 15:00-dan 16:00-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 16:30-da isə Formula 2 üzrə ikinci sərbəst yürüş başlayacaq.

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: