Site icon Frame.az

Bakıda FORTEX SHOW ROOM-un açılışı baş tutdu

Fortex sərgi salonu geniş çeşid boya və emulsiyadan tutmuş divar kağızı, qapı və qapı dəstəkləri, işıqlandırma, tekstil və mebel, mebel aksesuarları, həmçinin xüsusi xalça növlərinə qədər tikinti və hər növ dizayn məhsulları üzrə dünyanın ən məşhur və lüks markalarının Azərbaycandakı yeganə təmsilçisidir.

Fortex sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmış PAY GROUP şirkətlər qrupunun bir hissəsi kimi fəaliyyət göstərir.

Sərgi salonunun missiyası müxtrəlif kateqoriyalı məhsullar üzrə dünyanın ən zərif və ən etibarlı marka kolleksiyalarını bir araya toplamaq və “Konsept Sərgi Salonu” atmosferi ilə lüks həyat tərzinə rahatlıq təqdim etməkdir.

Noyabrın 12-də FORTEX sərgi salonunun rəsmi açılışı baş tutdu. Tədbir zamanı qonaqlar sərgi salonu ilə ümumi tanış oldular.

Volhovec, Union və Guardian brendlərinin nümayəndələri təqdim etdikləri məhsullar haqqında geniş çıxışlar etdilər. Tədbir zamanı qonaqlara furşet və endirim kartları təqdim olundu. Gecənin sonunda isə lotoreya keçirildi və üç şanslı qalib FORTEX-dən dəyərli hədiyyələr qazandı.

Frame.az kollektivi FORTEX sərgi salonuna uğurlar və daimi müştəri məmnunluğu arzu edir.

Frame.az

Exit mobile version