EventsQalereyaTəqdimat

Bakıda “FotoMən” fotoqrafiya kursları başlayıb

Oktyabrın 21-də “FotoMən” fotoqrafiya kursunun açılışı olub. Fotoqrafiya kursu “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və “ASAN radio”nun media dəstəyi ilə həyata keçirilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir.

Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

“ASAN xidmət”in fotoqrafı Emin Əlizadənin rəhbəri olduğu “FotoMən” layihəsinin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil olunacaq.

Qeyd edək ki, təlimlər peşəkar fotoqraflar Orxan Aslanov, Rüfət Abbas, Xalid Zeynalov, İsmail Rzayev, Raj Steven, Fuad Babayev, Məhəmməd Türkmən, Vüqar İbadov, Elxan Qəniyev və Fəxriyyə Məmmədova tərəfindən keçiriləcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!