Baku City CircuitFormula 1

“Bakıda ildırım sürətilə” müsabiqəsinə yekun vurulub

“Baku City Circuit” Əməliyyat Şirkətinin və “F1News.Ru” saytının iyunun 2-dən keçirdiyi “Bakıda ildırım sürətilə!” müsabiqəsinə yekun vurulub. Müsabiqənin qalibləri Bakıda baş tutacaq Azərbaycan Qran-Prisinə iki bilet qazanırlar.

Frame.az xəbər verir ki, müsabiqənin qaliblərinin adları açıqlanıb. Samir Kərimov müsabiqənin qalibi olub. O, on mərhələdən dördünə ilk düzgün cavab verən iştirakçı olub. S.Kərimovun hamıdan əvvəl verdiyi cavablardan biri yekunda ləğv edilsə də, bu, onun başqalarından böyük fərqlə irəlidə olduğu müsabiqədə qalib gəlməsinə mane olmayıb. Samir əsas mükafat – Azərbaycan Qran-Prisinin tribunasına iki bilet ilə yanaşı, həftəsonu günlərindən birində Formula-1-in “Paddock Club”una ekskursiya və Daniil Kvyatla görüşmək imkanı əldə edir.

İkinci yeri VeroNicka tutub. Bu xanım bir mərhələni də udmayıb, lakin daim birincilərin sırasında olub, stabil şəkildə xallar toplayıb və yüzlərlə rəqibini arxada qoyub. İkinci yerin sahibi Azərbaycan Qran-Prisinin tribunasına iki bilet və Rusiyanın “Formula 2 Russian Time” komandasının boksuna getmək imkanı qazanır.

Nəhayət, üçüncü yeri Aleksandr Şatrovski tutub. O, əvvəlcə ikinci onluqda yer tutub, lakin son mərhələlərdə irəliləyib və nəhayət, üçlüyə daxil ola bilib. A.Şatrovski də 2017-ci il Azərbaycan Qran-Prisinin tribunasına iki bilet qazanır.

Bütün qaliblərə sonrakı işlərin təsvir edildiyi məktublar göndəriləcək.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi iyunun 23-dən 25-dək keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!