Site icon Frame.az

Bakıda ilk dəfə olaraq SHE beynəlxalq qadınlar konqressi keçiriləcək

Martın 28-də Bakıda ilk dəfə olaraq işgüzar qadınları bir araya toplayacaq irimiqyaslı tədbir keçiriləcək – “SHECongress” (“Smart. Happy. Elegant.”).

Bu layihə –təməli 5 il bundan öncə qoyulmuş və “RED Communications” agentliyinin icraçı partnyoru Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin məntiqi davamıdır.

“SHECongress” tədbirində 8 saat ərzində 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərə 27 işgüzar qadın çıxış edərək şəxsi təcrübələri ilə bölüşəcəklər. Bundan başqa, işgüzar qadınlar və cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzu müzakirə olunacaq: iqtisadiyyat və bir biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər və maneələrə qarşıdurmayadək.

Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunacaq.

“Tarixən bizim ölkə qadınların cəmiyyətdə layiqli yer tutmasına və inkişaf olunması məsələsinə müsbət köklənib. Hələ XX-ci əsrin əvvəlində Azərbaycan qadınları seçki hüququ əldə etmiş ilk müsəlman qadınları olublar. Beynəlxalq irimiqyaslı tədbirin keçirilməsi zəruridir ki, əsas məqsəd daha çox qadının, o cümlədən karyerasına yeni başlayanların, biznesdə artıq öz sözünü demiş işgüzar xanımların unikal təcrübələri ilə tanış ola bilmələridir. Tədbirə beynəlxalq təcrübələri ilə bölüşə biləcək insanlar dəvət olunub. Məhz bu, dünyada, o cümlədən Azərbaycanda nə baş verdiyini anlamağa və beynəlxalq təcrübəni ölkədə tətbiq etməyə imkan yaradacaq”, – deyə Tatyana Mikayılova bildirib.

“Womo.ua və “SHE Congress” layihələrinin ərsəyə gəlməsinə bəzən qadınların özləri tərəfindən yayılan stereotiplərin təzyiqi təhrik edib: “Karyeranı uşaqların tərbiyyəsi ilə uyğunlaşdırmaq mümkün deyil”, “Karyerada uğurlusansa, sevimli ana və həyat yoldaşı olmaq mümkün deyil”, “Sadəcə lazımi vaxtda lazımi yerdə olub” və s. Məqsədimiz – özünə xas və biznesdə artıq sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların təcrübəsini işini evlə uyğunlaşdırmaqda çətinlik çəkən və biznesdə ilk addımları atanlarla bölüşməkdir. Bundan başqa, womo.uavə “Azərbaycnın 100 işgüzar qadını” layihələrinin məqsədi birgə ideya və fəaliyyətlə daha çox qadını, iqdisadiyyatı və qadınların biznesdə rolundan qazana biləcək ölkələri əhatə etməkdir. Bu fakt bir çox qlobal təhlillər tərəfindən artıq sübut olunub”, – deyə womo.ua layihəsinin həmmüəllifi və “SHE Congress” layihəsinin müəllifi İrina Rubis qeyd edib.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək “SHE Congress”in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq 3 dəfə müxtəlif şəhərlərdə təşkil olunub.

Konqressin tam proqramı: http://she.delo.ua/lang/ru/she-az-17/program

Frame.az

Exit mobile version