Site icon Frame.az

Bakıda ilk dəfə-Red Bull Soapbox Race – FOTOLAR

Red Bull Soapbox Race – dünyanın ən əyləncəli və yaradıcı yarışmasıdır. Frame.az saytı xəbər verir ki, yarışda 60 komanda öz əldəqayırma dörd təkərli arabaları ilə iştirak edib. Həmən arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətiriliblər. Yarışmanın münsiflər heyəti, iştirakçıları iki meyara əsasən qiymətləndiriblər: yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər. Üçüncü meyar isə, arabanın finişə qədər bütün maneələrin öhdəsindən gələrək çatdığı vaxtdır. Üç ən çox bal toplayan komanda qalib gələrək, qiymətli hədiyyələrin sahibi olub. 2000-ci ildən Brüsseldə ilk yarışmadan sonra bu günə qədər 100-dən çox ölkədə Red Bull Soapbox Race yarışmaları keçirilib və hər ölkədə on minlərlə azarkeş toplayıb.
Qeyd edək ki, Azərbaycanda bu yarış ilk dəfə keçirilib. Tədbirdə Gürcüstandan gələn komandalarda iştirak edib. Ölkənin bütün çılğınları araba düzəldib sizin – azarkeşlərin ürəklərini fəth etməyə çalışıblar. Yaradıcılıq, əyləncə, şən ab-hava, kreativlik, dəliqanlıq, çılğınlıq və ən əsası sürət, bütün bunlar bir arada!
Exit mobile version