Baku City CircuitFormula 1Idman

“Bakıda ilk onluqda daha yüksək mövqelər tutmaq istəyirik”-Alpine” komandasının pilotu

Bakıdakı “Formula-1” trasında atmosfer hər zaman çox gözəldir. Evlər trasın yaxınlığında yerləşir və sürəti daha da çox hiss etmək olur.

Bunu “Alpine” komandasının pilotu Esteban Okon deyib.

Onun sözlərinə görə, Bakıdakı yarış trası çox qeyri-adidir və keçmiş təcrübəni nəzərə alsaq, hər şey baş verə bilər:

“Bu yaxınlarda Monakodakı şəhər trasında olmuşuq, orada kiçik bir dairənin olduğu üçün ötmə ilə bağlı çətinliklər olurdu. Bakıdakı tras isə tam əksinə: dairə böyükdür və ötmə üçün çox sayda yer var”.

Pilot bildirib ki, ardıcıl dördüncü yarışda xal toplamağı bacardığı üçün Monakonu yaxşı əhval-ruhiyyə ilə tərk edib: “Bakıda ilk onluqda daha yüksək mövqelər tutmaq istəyirik. Bir neçə ildir ki, bu trasda yarışmıram, buna görə sərbəst sürüşlər zamanı avtomobilə olan inamımı artırmaq niyyətindəyəm”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!