Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün dəyəri 690 avro olan “Gümüş paket”lərin hamısı satılıb.
Frame.az xəbər verir ki, bununla da onlayın satışı UEFA-nın rəsmi saytı vasitəsi ilə həyata keçirilən biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərinin hamısı tükənib. Daha öncə “Qızıl paketlər”in hamısı satılmışdı.
“Gümüş paket”ə I keteqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər daxildir.
“Qızıl paket”ə isə qonaq otağının yanında I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər aiddir.
Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu üçün standart biletlərin satışı 4 mərhələdə aparılacaq. Artıq 64000 biletdən 37500 ədədi martın 7-də satışa çıxarılıb. Birinci mərhələ martın 21-i Bakı vaxtı ilə saat 17:00-dək davam edəcək. Biletlər 4 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərindədir.