Bakıda keçirilən Formula 2 üzrə əsas yarışın qalibi müəyyənləşib

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə əsas yarışın qalibi müəyyənləşib.

29 dövrənin yekununda “Prema Racing” komandasının pilotu Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, yarışa liderlik edən “Hitech Grand Prix” komandasının üzvü Yuri Vipsin bolidi qoruyucu səddə çırpıldığından o, mübarizəni davam etdirə bilməyib.

“Carlin” komandasının pilotu Logan Sargeant ikinci, “MP Motorsport”un sürücüsü Felipe Druqoviç üçüncü yeri tutub.

Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: