IdmanTəqdimat

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına 145 ölkədən idmançılar qatılacaqlar

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında 145 ölkədən 1000-dək idmançı iştirak edəcək.

Bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Nağı Səfərov hazırlıqla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin iclasının keçirildiyini sözlərinə əlavə edərək bildirib ki, iclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat ərəfəsində baş tutacaq tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq. On altı çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Turnirin qalibi olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!