FutbolIdmanTəqdimat

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışına martda start veriləcək

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyununa biletlərin satışına martda start veriləcək.

Final oyununu stadionda izləmək istəyən hər kəs https://europaleague.tickets.uefa.com/lottery/welcome_en.html keçidinə daxil olaraq qeydiyyatdan keçə, şəxsi hesabını yaradaraq bilet sifarişi üçün müraciət edə bilər.

Final oyununu izləməyə gələn azarkeşlər üçün maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-da fəaliyyət göstərəcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!