Yanvarın 13-də Bakıda kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə start verilib.
Bakı İdman Sarayında təşkil olunan yarışda ilk olaraq Böyük Britaniya və Kipr milli komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarış 25:25 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda birinci turun növbəti oyununda Azərbaycan və Malta komandaları üz-üzə gəlirlər.