Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 23-də Mərdəkan çimərliyində geniş miqyaslı təmizlik aksiyası keçirəcək.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Tədbirin təşkilatçılarıənənəvi olaraq “Coca-Cola” şirkəti, “Bakcell” şirkəti,“PAŞA Bank” şirkətləri və “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü çıxış edir.Bu il təşkilatçılar sırasına “Xəzər TV” kanalı da qoşulub.
Aksiya 23 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Mərdəkan çimərliyində keçiriləcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunacaqlar. Ötən illərdən fərqli olaraq, bu ilki aksiyada geniş ekoloji maarifləndirmə tədbirləri də nəzərdə tutulub. Belə ki, qəzet və xəbər saytlarında, təşkilatşıların “Facebook” səhifələrində, “ASAN Radio” və “Xəzər” televiziyası vasitəsilə əhalini ətraf mühitə məsuliyyət və qayğı ilə yanaşmağa çağıran müxtəlif informasiya materialları yayımlanacaq.
Qeyd edək ki, Azərbaycanda son 7il ərzində keçirilən analoji bir
Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərə bilərlər.
Frame.az