EventsIqtisadiyyatTəqdimat

Bakıda növbəti “SHE Congress” tədbiri baş tutub

Bugün JW Marriott Absheron otelində irimiqyaslı beynəlxalq SHE Konqresinin Azərbaycan və digər ölkələrdən olan iş qadınlarını bir araya gətirən və 300-dən çox iştirakçının qatıldığı sayca dördüncü toplantısı baş tutub. Builki proqram hətta güclü çağırışlar və dəyişikliklər zamanı həm zalda, həm də səhnədə olan yeniliklərə açıq qadınları ruhlandırmaq gücündə olan insanlar və mövzularla zəngin olub. Mayın 18-də keçirilən tədbirin gündəliyində 44 günlük müharibə və qadınların qələbədə rolu, maliyyə idarəçiliyi, həyatın istənilən mərhələsində təhsil, təşkilatların idarə olunmasında qadınların rolu və bir çox digər aktual mövzular yer alıb.

Tədbirin açılışında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib:

“Ümumiyyətlə, qadın sahibkarlığının inkişafı Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir, tərəfimizdən qadın sahibkarlığının inkişafı, kiçik və orta sahibkarlıq subyektləri arasında qadınların sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Öz biznesini qurmaq və sahibkar olmaq istəyən qadınlar KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər”.

Uzun illər qadınların cəmiyyətdə üzləşdikləri problemlərlə məşğul olan Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan qadınının hərtərəfli inkişafının vacibliyini qeyd edib.

“Bəli, biz həmişə deyirik ki, cəmiyyətimizin, dövlətimizin əsas özəyi ailədir. Amma gender bərabərliyindən danışırıqsa, qadın və kişi ayrı-seçkiliyinin aradan qaldırılması üzərində çalışmalıyıq. Ailə öhdəlikləri qadının işləməsinə, oxumasına və özünü təsdiq etməsinə heç vaxt mane ola bilməz. Əksinə, qadın ailəsinin dəstəyi ilə inkişaf edir. İqtisadi cəhətdən müstəqil, savadlı, fəal qadın öz ailəsinə, cəmiyyətə layiqli töhfə verə bilər. Öz gücünə inanması və başqalarına dəstək olması üçün qadınlara birlikdə kömək etməliyik,” deyə H.Hüseynova bildirib.

USAİD-in Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Dr. Caidev Sinq öz növbəsində qeyd edib ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması ölkənin ümumi inkişafına töhfə verə biləcək ən mühüm vasitələrdən biridir.

“USAID qadınların biznes və peşəkar assosiasiyalarının və sahibkarlıq potensialının inkişafını dəstəkləyir və iqtisadi islahat proqramlarının önə sürmək üçün onların biznes və iş yerlərində əhəmiyyətini təbliğ edir. Qadınların iqtisadi imkanlarının genişləndirilməsi haqqında danışarkən, maliyyə və bilik də daxil olmaqla, resurslara bərabər çıxış və nəzarətdən, həmçinin kişilərlə bərabər layiqli işlərə və ümumi məşğulluğa çıxışdan danışırıq. Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər.”

Sahibkar və “SHE Congress Baku” hərakatının təsisçisi, Azərbaycan Respublikasında qadın sahibkarlığının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüş Tatyana Mikayılova öz çıxışında cəmiyyətin fəaliyyətinin bütün sahələri üçün qərar qəbulunun müxtəlif səviyyələrində qadınların sayının artırılmasının əhəmiyyətindən və dəyərindən danışıb. O, həmçinin qeyd edib ki, qadın potensialının sistemli inkişafının yüksək və sabit gəlirli investisiyadır.

KOBIA Azerbaijan, USAID, Crimson Education, PASHA Bank və BOSCH Home tədbirin tərəfdaşları qismində çıxış edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!