EventsGözəllikMake-up

Bakıda peeling mövzusunda seminar keçiriləcək

Bakıda xanımların sevimlisi olan Dr. Kosmetoloq Gültəkin Eyvazovanın təqdimatında “Peeling” seminarı keçiriləcəkdir.

Qeyd edək ki, həkim kosmetoloq Gültəkin xanım uzun müddət çalışdığı tibb müəssisələrində xanımlarımızın qayğısına qalmış, gözəllik sirrlərini bölüşmüşdür.

Çox saylı istəkləri nəzərə alaraq həkim kosmetoloq silsilə seminarlara başlamaq qərarına gəlmişdir.

İlk seminar “Peeling” adlanır və adından da göründüyü kimi seminarda peelingin sirləri, dərinin təmizlənməsi və təravətli olması haqqında faydalı məlumatlar sizi gözləyir.

Seminar 28 yanvar 2018-ci il tarixində saat 13:00-da xüsusi “coffee break” menyu ilə Iguana Restaurant & Bar da keçiriləcək.

Qatılmaq istəyən xanımlar buyura bilərlər.

Seminar ödənişlidir.

Ətraflı məlumat üçün (+994 50 960 80 60)

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!