Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçiriləcək

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçiriləcək.

Frame.az federasiyaya istinadla xəbər verir ki, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilərin qatılacağı veloyürüşə “Azneft” dairəsindən start veriləcək.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vuracaqlar.

AVF veloyürüşdə iştirak etmək arzusunda olan həvəskar xanımları tədbirə qatılmağa dəvət edir.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: