Site icon Frame.az

Bakıda Sankt-Peterburqun turizm potensialının təqdimatı keçirilib

Bu gün Bakıda Sankt-Peterburqun Şəhər Turizm İnformasiya Bürosunun təşkilatçılığı ilə “Sankt-Peterburqa xoş gəlmisiniz” adlı roud-şou keçirilib.

Turizm İnformasiya Bürosunun direktoru Yuri Boqdanov Sankt-Peterburqla Bakı arasında çoxillik və dostluq münasibətlərinin olduğunu qeyd edərək, azərbaycanlı turistlərin axınının ildən-ilə artdığını əlavə edib.

Öz növbəsində Azərbaycan Turizm Bürosunun sədrinin müşaviri Rüfət Hacıyev qeyd edib ki, 2017-ci ildən 2020-ci ilin əvvəlinə qədər Rusiyaya hər il təxminən 900-920 min azərbaycanlı turist səfər edib: “Pandemiya dövründə Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı 230 min təşkil edib. 2021-ci ildə bu göstərici 200 minə qədər azalıb. Lakin 2022-ci il avqust ayının sonuna olan məlumata görə, müsbət tendensiya – 200 min müşahidə olunur, ilin sonuna isə bu rəqəm 300 min nəfərə qədər arta bilər”, – deyə R.Hacıyev əlavə edib.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Azərbaycanın Rusiyaya turist səfərlərinin həcminə görə 14-cü yerdə olduğunu vurğulayaraq deyib: “Bizim vəzifəmiz Azərbaycanı rusiyalı turistlərin ən çox səfər etdiyi 10 ölkədən birinə çevirməkdir. Rusiya Federasiyası hökuməti turizmin inkişafına böyük diqqət yetirir və Sankt-Peterburq dünyanın hər yerindən gələn qonaqları cəlb edən əsas maqnitdir”.

Sonra Rusiyanın Şimal paytaxtının turizm potensialı – görməli yerlər, ictimai məkanlar, unikal regionlararası marşrutlar və s. barədə təqdimatlar edilib.

 

Exit mobile version