Site icon Frame.az

Bakıda tanınmış rəssam İntiqam Ağayevin fərdi sərgisi açılıb (FOTOLAR)

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin fərdi sərgisi açılıb.

Frame.az xəbər verir ki, sərgidə rəssamın 70 rəngkarlıq əsəri nümayiş olunur. “Xatirələrim” adlanan sərgi bir həftə davam edəcək.

Nümayiş olunan tablolarda əsasən Bakı, Sumqayıt və Abşeron lövhələri təqdim edilir.

Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov istedadlı sumqayıtlı sənətkarın bədii yaradıçılığından və onun Qarabağ savaşındakı iştirakından danışıb.

Bildirilib ki, rəssamın isti və əlvan boyalarla işlənmiş əsərlərini digər rəssamların əsərlərindən rahat seçmək olur. Bütövlükdə vətənpərvərlik motivləri İ.Ağayevin işlərinə xas xüsusiyyətdir. Bu əsərlərin əksəriyyəti rəssamın Qarabağ döyüşlərində qazandığı “Asiman” təxəllüsü ilə göstərilir.

İntiqam Ağayev 1965-cı ildə Sumqayıtda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunudur. Bir çox yerli və beynəlxalq sərgilərdə uğurla təmsil olunub.

ARİ-nin üzvü olan rəssamın əsərləri Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda qorunur.

Exit mobile version