Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
Frame.az meteo.az saytına istinadla xəbər verir ki, martın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 13-18° isti olacaq.
Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti 7-12 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-16° isti olacağı proqnozlaşdırılır.
Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 metr olacaq, arabir 15-18 metrə çatacaq. Havanın temperaturunun gecə 6-9°, gündüz 12-16° isti olacağı bildirilir.
Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 12-15° isti olacağı ehtimal edilir.
Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək, axşam 8-13 metrədək mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 11-14° isti olacağı ehtimalı var.
Martın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 metr təşkil edəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-16° isti olacağı gözlənilir.