EkologiyaTəqdimat

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz qar yağacağı gözlənilir

Azərbaycanda martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Frame.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Martın 12-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə və gündüz 1-5° isti, dağlarda gecə 4-8°, yüksək dağlıq ərazilərdə 10-12°, gündüz 0-4° şaxta olacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı hava şəraiti və temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!