Site icon Frame.az

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 25 metrədək güclənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağda 42, Qəbələdə 27, İsmayıllıda 26, Qrızda 25, Oğuzda 16, Göyçay, Gədəbəydə 14, Ordubadda 13, Quba, Tərtərdə 12, Şəkidə 11, Göygöldə 10, Zərdabda 8, Mingəçevir, Daşkəsən, Qusar, İmişli, Gəncə, Ağdam, Yevlax, Naftalan, Şərur, Balakən, Ağsu, Culfa, Sədərək, Şahbuz, Şəmkir, Naxçıvan, Kürdəmir, Sabirabad, Biləsuvar, Qax, Yardımlıda 7, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

İyulun 25-də şimal-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 28, Naftalanda 27, Göygöldə 20, Göyçayda 18, Biləsuvarda 16, Şirvanda 15, Bakıda və Abşeron yarımadasında 25 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.3 metrə çatıb.

Leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.

Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə duman müşahidə edilib.

İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-30°, Naxçıvan Muxtar Respublikasında 39°-dək isti, Aran rayonlarında 32-34° isti, dağlıq rayonlarda 21-24° isti olub.

 

Exit mobile version