IdmanTəqdimat

Bakıda Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək

Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyasının, Səbail Rayon Gənclər və İdman İdarəsinin, “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək.

Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak edəcəyi veloyürüşə Azneft dairəsindən start veriləcək. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edib Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vuracaqlar. Daha sonra Qənimətlər Parkına baxış keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!