Site icon Frame.az

Bakıdakı Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı açıqlanıb

Mayın 7-də Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və gimnastların sayı açıqlanıb.

Frame.az xəbər verir ki, Milli Gimnastika Arenasında 3 gün davam edəcək yarışda 35 ölkədən 63-ü fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 169 idmançının iştirakı gözlənilir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün Azərbaycan yığması 8 gimnast sifariş edib. Onlardan Zöhrə Ağamirova ilə Arzu Cəlilova fərdi, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə qrup hərəkətləri üzrə yarışlarda mübarizə aparacaq.

Təqvimə əsasən Dünya Kubokunun ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın son günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Exit mobile version