IdmanTəqdimat

Bakıdakı “RedBull Car Park Drift” yarışının qalibi dünya çempionatında Azərbaycanı təmsil edib

Dekabrın 8-də Ciddədə (Səudiyyə Ərəbistanı) Red Bull Car Park Drift Çempionatının dünya finalı keçirilib. Çempionatda Azərbaycanı milli finalın qalibi Adil Axundov təmsil edib.

Adil 188 xalla 24 iştirakçı arasında 11-ci yerdə qərarlaşıb. Azərbaycan belə çempionatda ilk dəfə təmsil olunub.

Misirli Hişam Əl Xatib dünya finalının qalibi olub.

Adil Axundov Bakıda ilk dəfə keçirilən “RedBull Car Park Drift” çempionatının milli final mərhələsinin qalibi olub. O, həmçinin noyabrda baş tutmuş “V1 Challenge” avtomobil yarışında 3-cü yerə layiq görülüb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!