Qadın həmrəyliyi inanılmaz olsa belə mövcuddur, qadınlar həmrəy olduqda hərzaman gözəl layihələr yaranır.
Bakının iş xanımlarının klubu da məhz belə həmrəyliyin bəhrəsindən yaranıb. Bu yaxınlarda paytaxtın dəbdəbəli məkanlarından birində klubun xanımları ilk dəfə olaraq bir araya gələrək bu möhtəşəm anı birlikdə “Woman Party” adı ilə party stilində qeyd ediblər.
Gecə boyu xanımlar bir-biriləri ilə səmimi söhbətlər qurub, restoran musiqiçilərinin canlı ifalarını dinlədilər. Tədbir zamanı həmçinin oriental şou, bir-birindən maraqlı və hədiyyəli yarışlar da baş tutdu.
DJ Souncode öz populyar trekləri ilə tədbiri coşdurdu.
Bu xanımların ilk və son görüşləri deyil. Yaxın günlərdə klub üzvləri yenidən görüşməyi planlaşdırırlar.
Qeyd edək ki, bu tədbirin təşkilatçısı Nigar Paşayevadır.
Fotolar fotoqraf Pərvinə məxsusdur.
Frame.az