Baku City CircuitFormula 1IdmanTəqdimatƏn Son

Bakıya gələcək Formula 1 azarkeşləri vizanı hava limanında əldə edə biləcəklər

Gələn ay Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisini izləyəcək əcnəbilərin viza prosedurları Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla sadələşdirilib. Sürət yarışını işıqlandıracaq media nümayəndələrinin qeydiyyat prosesi də artıq başa çatıb.

Frame.az xəbər verir ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisinin daha maraqlı olacağı bildirilir. Sürət yarışına dünyada böyük diqqət var. Belə bir mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi “Odlar Yurdu”nu əcnəbilər arasında daha da populyarlaşdırır. Nəticədə Formula 1 Qran-Prisini izləmək üçün Azərbaycana gələnlərin sayı ildən-ilə artır. Bu amil nəzərə alınaraq, turistlərin qeydiyyat prosesi asanlaşdırılır. Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları Prezident İlham Əliyevin Sərəncamına əsasən sadələşdirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, çoxsaylı xarici vətəndaşların Azərbaycana gəlişini gözləyirik. Bununla bağlı hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Bu Sərəncamda bilet alanlar və ya müəyyən akkreditasiyası olan insanlar gəlib vizalarını hava limanında əldə edə biləcəklər. Bu asanlaşdırılmış rejimdir və xarici vətəndaşların ölkəmizə rahat və maneəsiz gəlmələrinə şərait yaradır. Ümumilikdə isə “ASAN Viza” vasitəsilə üç gün ərzində viza əldə etmək mümkündür.

“Formula 1 Azərbaycan Qran-Prisində media nümayəndələrinin qeydiyyat prosesi başa çatıb. Bundan əvvəlki sürət yarışlarında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yarışlar zamanı azarkeşlərin etimadını doğruldub. Bu dəfə də həmin uğurlu missiyanın davamı gözlənilir”, – N.Arpadarai əlavə edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!