Site icon Frame.az

BAKU FASHION WEEK-də 3-cü gün Ukraynalı dizaynerlərin çıxışı ilə bitdi

Jumeirah Bilgah Beach Hotel-də keçirilən BAKU FASHION WEEK-in üçüncü günü Hökümə Hacıyevanın Levata Group zərgərlik evi ilə birlikdə nümayiş etdirdiyi rəngarəng kolleksiya, Zinet-i-Zishan brendinin yuvelir kolleksiyasının gözəlliyi ilə yadda qaldı.

Ardınca Türkiyədən təşrif buyurmuş dizayner Selma Çileyin Family Look kolleksiyasından geyimlər nümayiş olundu və gecə Ukraynadan gəlmiş Kriza və Couture de Fleur dizaynerlərinin geyim nümayişi ilə başa çatdı.

Frame.az

 

Exit mobile version