Site icon Frame.az

Baku Open Cup 2016

BAKI AÇİQ KUBOKUN ƏSASNAMƏSI
OKTYABR 16, 2016

MƏQSƏD VƏ VƏZIFƏLƏR.
Açiq kubokun keçirilməsinin əsas məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində calışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı Dünya və Avropa çempionatlarında təqdim etmək ücün rəqqasların və kollektivlərin seçimi. Həmçinin Azərbaycanın və yaxın xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi, sağlam həyatın təşviqi və uşaqların, yeniyetmələrin və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunması.

Təşkilatçılar:
Azərbaycan Gənclər İttifaqı
Azərbaycan Müasir və İctimai Rəqs Assosiasiyası

Keçirilmə yeri:
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Keçirilmə vaxtı: 10:00 – 22:00

İŞTIRAK ÜCÜN QEYDIYYATIN QAYDALARI

Qeydiyatın turnirdən evvəl kecməsi mütləqdir! İştirakçıların qeydiyyatını kollektivin rəhbəri və ya onun nümayəndəsi etməlidir. İştirak üçün ərizə 13.10.2016 tarixinə qədər təşkilat komitəsinə təqdim olunmalıdır. Əsas qeydiyyat, təqaüdlərin ödənilməsi və start nömrələrin verilməsi tədbirdə keçiriləcək. Tədbirdə qeydiyyat nominasiyaya 30 dəqiqə qalmış bağlanır.
Bütün ərizələr bu ünvana göndərilməlidir: dance-az@mail.ru

Fonoqram:
Fonoqram keyfiyyətli olmalıdır, MP3 formatında CDdə yazılmalıdır. Diskin üstündə kollektivin adı (rəqqasın), çıxış nömrəsi, nominasiya, rəqsin növü və musiqinin uzunluğu yazılmalıdır. Bir diskdə bir musiqidən çox olmamalıdır. İstirakçıda diskin dublikatı olmalıdır.
Yarısmaya 2 gün qalmış musiqini artıq dəyişmək olmaz! Reqlamentin şərtləri yerinə yetirilməsə, təşkilat komitəsi iştirakçını müsabiqədən kənarlaşdıra bilər.

TURNİRİN KEÇİRİLMƏ VƏ QİYMƏTLƏNDİRİLMƏ QAYDALARI
• Seçmə turları iştirakcıların sayından asılı olaraq təyin olunur. 9 nəfərə kimi – final, 10 – 16 –yarımfinal, 16 – 32 dörddə bir final, 32 nəfərdən çox – 1/8 final.
• Rəqqasların çıxışları 3D sistemi ilə qiymətləndirilir (texnika, kompozisiya, imic). Şou olan rəqs növlərində qiymətləndirmə 4D sistemi ilə keçirilir (şou əlavə olunur). Hər nominasiyada bir istirakçı bir cıxış təqdim edə bilər. Kollektivlər üçün bu qadağan deyil.
• Rəqqas öz özu ilə yarışa bilməz.
KOMPOZİSİYALARIN UZUNLUĞU
– Şou, modern,xalq rəqsi,ansamblar, bal rəqslərin üstündə qurulan şou, latino şou
• Solo, duet/para –1:45 – 2.15 dəq.
• Kiçik qrup –2:30 – 3.00 dəq.
• Formeyşen – maks 4.00 dəq. Uşaqlarda – maks 3.00 dəq.
• Mini prodakşen – 3.00 -8.00 dəq.
• Prodakşen – 4.00 – 8.00 dəq.
– Hip Hop, haus, Breyk.
• Solo və duet – 1 dəqiqə ümumi çıxış, 1 dəqiqə individual cıxış, 1 dəqiqə ümumi çıxış.
• Kiçik qrup – 2 dəqiqə (musiqi təşkilatcılardandir).
• Formayşen –4 dəqiqəyə kimi öz musiqi ilə. Uşaqlarda – maks 3.00 dəq.
RƏQS NÖVLƏRİNDƏ QİYMƏTLƏNDİRİLMƏ QAYDALARI və KRİTERİYALAR
Hakimiyyətin qaydalarında bir neçə kriteriyalar var, hərəsi çıxış zamanı eyni vaxtda qiymətləndirilir:
T = TECHNIQUE/Texnika;
C = COMPOSITION/kompozisiya;
I = IMAGE/İmic,
S = Show/ Şou
Kriteriyalarda maksimal bal:
• Texnika =10 bal,
• kompozisiya =10 bal,
• İmic =10 bal,
• Şou = 10 bal.
Cəmi: Minimal balların sayı – 4, maksimal -40.

GİRİŞ/ XEYRİYYƏ TƏQAÜDLƏRİ
• Xeyriyyə təqaüd (giriş bileti) incəsənətin inkişafı üçün – 10 Azn
FOTO VƏ VİDEO ÇƏKİLİŞ
Foto və video çəkiliş hüququ təşkilatçılara aiddir. İştirakçılar, ərizəni göndərməklə, foto və video çəkiliş hüququ təşkilatçılara aid olduğu ilə razılaşırlar. Fərdi foto və video çəkiliş təşkilatçilarin xüsusi icazəsi ilə aparıla bilər. Xeyriyyə təqaüd – 10 Azn.
İŞTİRAK ÜCÜN TƏQAÜDLƏR
Bir rəqs növü üçün bir iştirakçıdan (uşaqlar və bebi) Bir rəqs növü üçün bir iştirakçıdan (yunior və ergin) Qeydlər
(solistlər)
Street Dance
Hip Hop 5 Azn 5 Azn 5 Azn
Haus
Breyk
Səhnə növləri
Rəqs şousu 5 7 Azn 10 Azn
Xalq rəqsi,
Xalq rəqsin stilizasiyası,
Dünya xalqların rəqsləri
Rəqs Ansamblları.
Latino Şou.
Oriental =II= =II= =II=
Belly Dance/
Oriental
Bütün nominasiyalar =II= =II= =II=
Oriental
Peşəkarlar (klassika) =II= =II= =II=
Xüsusi cüt rəqsləri
(Salsa, Baçata, Arj. Tango)
Bütün növlər 10 Azn 10 Azn

Yaş kateqoriyaları:
• Baby Show 7 yaşa kimi
• Children\ Uşaqlar 11 yaşa kimi
• Junior\ yunior 12 – 15 yaş
• Adult 1\Ergin 1. 16 – 30 yaş
• Adult 2\Ergin 2. 31 – 49 yaş
• Senior\ Senyor 50 yaşdan yuxarı

YAŞ KATEQORİYASININ TƏYİN OLUNMASI

Müəyyən etmə: Təvəllüd.

А. Duetlərdə və cütlüklərdə, yaşda böyük partner yarışma kateqoriyasında olmalıdır. Kiçik partner kateqoriyasının aşağı hətdindən iki yaş kiçik ola bilər, ancaq partnyorların arasında 3 yaşdan çox fərq olmamalıdır.

B. Bir dəfə böyüklərin yaş kateqoriyasını seçən rəqqas, ilin axırına kimi həmin nominasiyada həmin yaş kateqoriyasında cıxış etməlidir.

C. Trio, kiçik qruplarda, komandalarda və formeyşenlərdə kicik yaş kateqorisının rəqqasları böyüklərlə birlikdə iştirak edə bilər, şərt – kateqoriyasının aşağı hətdindən iki yaşdan aşağı olmamalıdırlar. Ən az komandanın 50% böyük yaş kateqoriyasında olmalıdırlar

Təşkilat komitəsi:
AMIRA Baş Katibi – Mikail Mukxtarov + 99450 5410525
AMİRA sədr müavini– Anna Levkina +994 55 679 75 05
AMİRA sədr assistenti – Дато Кипиани +994 55 925 25 23 

Frame.az


Exit mobile version