Site icon Frame.az

“Ballı Zərif”

“Zərif Qadın Klubu” zərifliyi özündə əks etdirən xanımların birliyi üçün yaradılan sosial layihədir.

Klubun əsas məqsədi cəmiyyətdə özünə güvənən, uğurlu, pozitiv, sağlam həyat tərzi keçirən xanımların birliyini yaratmaq və bu birlik vasitəsilə Azərbaycanın zəriflərinə dəstək olmaqdır.

19.11.2016 tarixində Zərif Qadın Klubunun, Ballı ilə əməkdaşlığı çərçivəsində “Ballı Zərif” adlı tədbiri Özsüt – Baku restoranında keçirildi.

Görüşdə xüsusi qonaq qismində Tünzalə Ağayeva iştirak etdi. Bundan əlavə kosmetoloq Nurana xanım balın üz dərisinə faydasından danışdı. Shafa studio vizajisti Ülviyyə xanım makiyaj sirrlərindən danışıb 1 şanslı xanımı vizaj etdi.

Aşpaz Sevda xanım isə klubun üzvləri üçün Ballı tort hazırladı.

Frame.az Zərif Qadın Klubuna, klubun partnyorları Ballı, Özsüt, Shafa Studio ya “Ballı Zərif” adlı tədbirə dəvət üçün təşəkkür edir.

Tədbirdən fotoları və videonu sizlərə təqdim edirik. Fotolar  Narmin Jafarzadeh yə məxsusdur.  

http://https://youtu.be/uMv7CMgX7xQ

Frame.az

Exit mobile version