Basketbol: “Sərhədçi” klubu “AAAF Xırdalan”ı əlavə vaxtda məğlub edib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

Azərbaycan Basketbol Federasiyasından Frame.az-a bildiriblər ki, turun açılış oyununda “AAAF Xırdalan” və “Sərhədçi” komandaları qarşılaşıblar.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. “Sərhədçi” basketbolçuları parketdən 78:75 hesablı qələbə ilə ayrılaraq 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan “AAAF Xırdalan” isə beşincidir.

Oyunda ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Endryu Korum (21 xal, 21 ribaund), “Sərhədçi”dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, turun digər görüşləri – “Sabah” – NTD, “Neftçi” – “Gəncə” və “Zirvə Astara” – “Olimpik Şəki” oyunları yanvarın 7-8-də keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: