Idman

Batut Gimnastikası üzrə ilk Dünya Kuboku Bakıda keçiriləcək

Yeni Olimpiya dövrünün Batut Gimnastikası üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçilər, iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fləşmoblarda da iştirak edə biləcəklər.
Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), Dünya Çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.
Turnirə biletləri Arenanın kassasından, “Bazarstore” mağazalar şəbəkəsinin Xətai və “28 Mall” filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 4,6,8 və 10 manat təşkil edir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!