Frame LifeSağlamlıqTəqdimat

Bayram günlərində təcili tibbi yardım xidmətinə 14 mindən çox müraciət daxil olub

Bayram günlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Frame.az-a TƏBİB-dən verilən məlumata görə, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidmətinə 2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 4-ə qədər daxil olan ümumi çağırışların sayı 14 min 59, hospital olunanların sayı isə 1307 olub.

Çağırışların sayı ən çox 2023-cü ilin yanvarın 1-də (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 2023-cü ilin yanvarın 3-də (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər ilə bağlı olub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!