BDU tələbələri “AzerGold” QSC-nin “Çovdar” filiz emalı sahəsində

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Çovdar” filiz emalı sahəsində tanıtım-təcrübə səyahətində olub.

Tanıtım BDU ilə “AzerGold” arasında imzalanmış 2022-2023-cü illər üzrə fəaliyyət planına müvafiq olaraq həyata keçirilib.

Səyahətdə 7 nəfər professor-müəllim və 11 tələbə iştirak edib. Səyahət zamanı tələbə və əməkdaşlar “Çovdar” qızıl mədənində, filizlərin qırılması və aşındırılması meydançalarında, filiz və kern anbarlarında, həmçinin filiz emalı zavodunda olub, prosesləri izləyiblər.

Yekunda tanıtım-təcrübə səyahəti ilə bağlı toplantı keçirilib. Toplantıda fakültə dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, kafedra müdirləri Nazim İmamverdiyev, Kərim Rəhimov, “AzerGold” QSC-nin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi Valid Əliyev, şirkətin aparıcı geoloq mühəndisləri Məmmədağa Talıbov, Sultan Cəfərov, Ramil Şahməmmədov və başqaları çıxış edərək fikirlərini bölüşüblər.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: