Çay – Təzə dəmlənmiş yaşıl, yaxud qara çay beyin üçün çox faydalıdır, çünki tərkibi katexinlərlə zəngindir. Yəqin ki, boşluq və yorğunluq, sanki düşünməyə belə tənbəllik etdiyiniz günlər olur. Bu, beyində katexin çatışmazlığı ilə əlaqədar ola bilər. Adıçəkilən maddələr ağılın iti və təzə qalması, onun normal işləməsinə kömək etmək baxımından əla vasitədir. Katexinlər beyinin iş qabiliyyətini qorumaqla yanaşı, həm də əqli yorğunluqla mübarizə aparmasına imkan yaradır. Yaşıl çayın daha güclü təsirə malik olduğu vurğulansa da qara çay səhərlər içmək üçün əla variantdır. Səhərlər çay için, bu, gün ərzində beyin fəaliyyətinin tənzimlənməsinə kömək edir.
Çox yumurta zərər, orta miqdarda yeyildikdə isə əvəzolunmaz piy turşuları verir. Yumurtanın sarısında xolesterin çox olsa da xolin ilə zəngindir. Xolin yaddaşı möhkəmlətməyə kömək edir. Yadda saxlayın: yumurtadan çox yox, gündə 2-3 ədəd yemək beyinə müsbət təsir göstərə bilər. Frame.az
Beyin üçün faydalı və vacib olan iki qida
