EventsJazzMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində əfsanəvi Denise Kingin konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir. Caz sənətinin əfsanəsi sayılan amerikalı ifaçı Denise Kingin konserti də bu silsilədən olan konsertlərin davamıdır.

İyunun 20-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində əfsanəvi caz ifaçısı Denise Kingin konserti reallaşdı. Parlaq, cəsarətli, blyuz dolu unikal Filadelfiya cazının cazibədar səsi Bakı tamaşaçılarına caz musiqisindən yetərincə zövq almaq imkanı yaratdı.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.

Konsert boyu ifaçının təqdim etdiyi məşhur “All of me”, “Sometime”, Fly me”, “Blues”, “That old feeeling” kimi musiqi nömrələri bir-birini əvəzlədikcə caz musiqisinin yüksək və peşəkar atmosferinin axınında tamaşaçılar  dinamik və fəal eyni zamanda mülayim və tarazlaşdırılmış xarakterləri ilə fərqlənən caz melodiyaları dinləmiş oldular.

Müasir cazın dünya ulduzu , unikal məxməri səsə malik,  caz müğənnisi Deniz King uşaq yaşlarından oxumağa başlayıb. O, sənətdə Nino Simon, Sara Voen, Ello Ficerald , Karmen Makrey kimi dahilərdən bəhrələnib.
Son 25 ildə ABŞ, Fransa, Braziliya, Almaniya, Yaponiya və dünyanın minlərlə səhnəsində çıxış edən müğənni sənətinin simvolu və  qoruyucu mələyi kimi cazın ruhunu və lirik melodik intonasiyasını öz sənəti ilə tərənnüm edir. Səhnə fəaliyyətinin son 40 ilində improvizasiya kraliçası 8-dən artıq solo albomunu təqdim edib. Caz sənətinin əsas simalarından biri olan sənətçi öz səsinin cazibəsi ilə dinləyicini xoşbəxtlik, ehtiras və əsrarəngiz duyğularla dolu caz dünyasına səyahətə dəvət edir. Bəzən onu caz sənətinin briliantı da adlandırırlar.  Dünya ulduzunun Bakı caz musiqisi həvəskarları qarşısındakı çıxışı unudulmaz anlarla yaddaşlara yazıldı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!