Səfir çıxışının sonunda tədbirlərin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Hindistan-Azərbaycan Assosasiyasına təşəkkürünü bildirdi. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlarınada tədbirin təşkilində göstərdikləri səyə görə minnətdarlıq etdi.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi başladı. Gecədə tanınmış Kathak klassik rəqsi istedadlı ifaçılar Anupama Kauşik və Tullika Pal tərəfindən nümayiş olundu, 6-cı Televiziya Muğam Müsabiqəsinin Qranpri mükafatçısı Almaxanım Əhmədlinin ifasında isə Azərbaycan muğamları səsləndi. Gecədə bir çox ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, dövlət xadimləri iştirak edirdi. Gecə tamaşaçıların gur alqışları ilə başa çatdı.
Beynəlxalq Muğam Mərkəzi tamaşaçılarını gələcək aylarda da dünya etnik musiqiləri ilə Azərbaycan muğamının sintezindən ibarət “Etnik musiqi inciləri” adlı beynəlxalq layihələrlə sevindirəcək.
Frame.az