Bu axşam iki konsert baş tutacaq, hansılarda dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən həzz ala biləcəklər.
Elçin Şirinov Trio (Elchin Shirinov’s project) Linley Marthe (Fransa), Stephane Galland (Belçika) kimi musiqiçilərdən ibarətdir.
Bu layihə Fransada, keçən ilin Sunnyside festivalında yaranmışdır. O zaman ifaçılar, maraqlı və canlı improvizasiyadan həvəslənib, bir neçə konsertdə ifa çıxış edib, avqust ayında albom yazmaq qərarına gəldilər.
Brad Mehldau – müasirliyin dahi jazz musiqiçilərindən biri bu albomu dinlədikdən sonra dedi: ” Bu albom böyük nailiyyətdir – dinləmək xoşdur, kompozisiyalar güclüdür və ifa çox yaxşıdır”.
Üçüncü iştirakçı – belçikalı Stéphane Galland – barabançı, hansı ki artıq 11 yaşından Jean-Pierre Catoul и Eric Legnini kimi jazz ifaçıları ilə çıxış edirdi və daha sonra sonuncu ilə iki albom buraxdı. Stefan klassik, afrikan və pop üslubunda ifə edir. 2003-cü ildə o Syndicate qrupu Djo Zavinul ilə qastrollara çıxıb qrupun üzvünə çevrildi.
Həmin axşam izləyiciləri daha bir maraqlı görüş gözləyir – Türkiyənin məşhur jazz musiqiçisi gitarist Önder Focan və onun qrupu. İfaçı, aranjemançı və bəstəkar, 13 albom buraxmış və 90-dan artıq beynəlxalq festivallarda həm münsif heyyəti həm ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayıb, onlarla öz son “Funkbook” albomunu yazıb. Məhz bu albomilk olaraq Bakıda təqdim olunacaq. Layihədə cavan lakin artıq məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak edəcəklər.
Frame.az