Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi uzun müddətdir ki, muğamsevərlərin könlünü oxşayır.
Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”,”Şur”,”Segah”,”Çahargah”,”Bayatı-Şiraz”,”Şüştər”, ”Hümayun” muğamları ifa edilmişdir.
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək.
Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək. Xanəndələri tarda Altay Niftəliyev, Rəşad İbrahimov, kamançada Təbriz Yusufov və Araz Ağaverdiyev müşayiət edəcəklər.
Qeyd edək ki, 11 oktyabr tarixində başlamış layihənin ikinci mərhələsində “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları səslənmişdir.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.
Frame.az