Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir. Bunlardan biri də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının “ Mədəniyyət” kanalının “ Muğamat var olan yerdə” adlı birgə layihəsidir.

Beynəlxalq  Muğam Mərkəzinin  bu layihəsi  çərçivəsində  sentyabrın 16-da 2015-ci il Muğam Televiziya Müsabiqəsinin qalibi Azərbaycan Televizyası  və Radiosunun solisti Nisbət Sədrayevanın konserti keçirildi. Konserti Azərbaycan Yazıçılar Birliyinin  katibi İlqar Fəhmi açaraq Beynəlxalq Muğam Mərkəzinin  Azərbaycan muğamlarının  təbliği istiqamətində apardığı işlərdən danışdı.Əvvəlki layihələrdən fərqli olaraq bu dəfəki konsert  kompozisiya şəklində qurulmuşdu.Muğam parçaları arasında İlqar Fəhmi həmin hissələr haqqında tamaşaçılara ətraflı məlumt verirdi ki, buda muğamın daha dolğun çatdırılmasına imkan yaradırdı.Tamaşaçılar Nisbət  Sədrayevanın  ifasında Bəhram Nəsibovun “Qal sənə qurban”,  “Dilkəş  təsnifi”, aşıq mahnısı “Döymə Kərəmi” ,  Cahangir Cahangirovun “Etməz idim ” və “Cahargah kompozisiyası”na qulaq asdılar.

Xanəndəni Məsim İslamov (tarda), Ceyhun Muradov (kamançada), Samirə Əliyeva(qanunda), İdris Tağıyev (balabanda),Xəyyam Həsənov (udda), Tacəddin Tahirov(nağarada), Məhəmməd Qəhrəmanov(qoşanağarada) müşayiət edirdi.

 “Muğamat var olan yerdə”  layihə çərçivəsində həyata keçirilən konsert  alqışlarla başa çatdı.

Frame.az

Exit mobile version