TəqdimatƏn SonƏn Son

Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, xarici ölkələrin səfirləri iştirak ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı ən ağır cinayətlərdən biri – Xocalı soyqırımı baş verib: “Bir gecədə 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib. Bunun yeganə səbəbi onların azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsi idi. Cinayətin araşdırılması zamanı bunun soyqırımı olduğu tam sübuta yetirilib”.
Nazir Xocalı soyqırımına görə cəzasız qalan Ermənistanın Vətən müharibəsində də cinayətlərini davam etdirdiyini, Azərbaycanın mülki şəhərlərinə raket zərbələri endirdiyini vurğulayıb.
Konfransa videokonfrans formatında qoşulan professor Malkolm Şaun Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məhkəmə perspektivlərindən danışıb: “Xocalı soyqırımı yaddan çıxmamalıdır. Azərbaycan dövləti də bu istiqamətdə iş aparır”.
Hikmət Hacıyev qeyd edib ki, Xocalı tək Azərbaycanın faciəsi deyil, bəşəriyyətin ləyaqətinin alçaldılması idi: “Bu, bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir”.
Xocalı qətliamı yaşanarkən 7 yaşında olmuş Ləfxanım Mahmudova ailə üzvlərinin başına gələn faciələrdən, girovluqda yaşadıqları əzablardan danışıb və nitqinin sonunda bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalının qisası alındı, 30 illik işğala son qoyuldu”.

Tədbir bədii hissə ilə davam edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!