Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” adlı möhtəşəm layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Qeyd etmək lazımdır ki,Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir.
Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası  yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm
 “Etnik musiqi inciləri”layihəsi çərçivəsində Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində konsert proqramı ilə çıxış edib.

  Yunanıstan səfirliyinin dəstəyi ilə keçirilən bu tədbir Yunanıstanın Dövlət Müstəqilliyi Gününə  həsr olunub.

  Konsertdən əvvəl  Mərkezin foyesində Yunanıstanın Azərbaycandakı səfiri Nikos Kanellosun və rəssam Nərgiz Quliyevanın rəsm əsərlərindən ibarət sərgi tamaşaçılara nümayiş olunub.

   Rəsmi hissədə Yunanıstanın Azərbaycandakı  səfiri Nikos Kanellos və XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov  çıxış edib. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf edildiyi vurğulanıb. Həmçinin Azərbaycanla Yunanıstan arasında iqtisadi, mədəni, humanitar, qarşılıqlı investisiya qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlığın olduğunu qeyd edən Gündüz Cəfərov bildirib ki, iki ölkə arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin bünövrəsini daha da möhkəmləndirəcək.

   Tədbirin  bədii hissəsi hər iki ölkənin – Yunanıstanın və Azərbaycanın dövlət himnlərinin ifası ilə açılıb.

   ”Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə Nikos Ksantoulisun ifasında  lira aləti üçün yazılmış  K.V.Qlukun, Q.Qarayevin, S.Muskaritolonun, G.Handelin  və digər klassik bəstəkarların əsərləri ifa olunub.

   Orkestrin dirijoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

   Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontra tenor) və  beynəlxalq müsabiqələr laureatı Rövşən Əmrahov (violin) öz ifaları ilə gecəyə rəng qatıblar.

   Nikos Ksantoulisun lirada müşayiəti ilə  İlham Nəzərovun oxuduğu “Sarı gəlin” xalq mahnısı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət” kanalının dəstəyi ilə keçirilən “Unudulmayanlar” adlı möhtəşəm layihənin növbəti tədbiri opera müğənnisi, xanəndə, Xalq artisti Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr ediləcəkdir.

 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.

Frame.az

Exit mobile version