Site icon Frame.az

Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

20.11.2018-ci il tarixdə Xətai Sənət Mərkəzində Azərbaycan  Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbiri keçirildi.

Tədbirin keçirilməsində məqsəd, uşaqları öz hüquqları,vəzifələri ilə yaxından tanış etmək və Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi böyümələrini təmin etməkdir.

İlk öncə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəfa İsmayılova çıxış edərək hərkəsi salamladı, həmçinin Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini, ölkəmizdə uşaq hüquqlarının müdafiəsini və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Çıxışdan sonra Mərkəzin “Rəsm” dərnəyinin üzvlərinin uşaq hüquqları ilə bağlı çəkdikləri rəsmlərə baxış keçirildi.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri uşaq hüquqlarına aid nümayiş etdirdikləri səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılandı. Tədbir boyu “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri bir-birindən maraqlı rəqslər və mahnılarla çıxış etdilər.

Frame.az

Exit mobile version