EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi ” Mugam axşamları ” adlı layihəsini yenidən təqdim edəcək

Beynəlxalq Muğam Mərkəzinin böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti  17 fevral tarixində saat 19:00-da təqdim ediləcək.
Həmin gün sevilən xanəndələr  Mirələm Mirələmov, Məmməd Nəcəfov və Nisbət Sədrayeva “Rast” muğamını ifa  edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev(nağara), Vasif Yusibli(ud) müşayiət edəcək.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.
İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Rast” ,  “Şur”, “Zabul-Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”,  “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd” , “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab”, “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.

BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!