EventsMədəniyyətOxu zalıTəqdimat

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsinə start verib

Layihənin ilk tədbiri noyabrın 30-da reallaşdırılmış və ümumi bir mövzuya – muğamlarda qəzəllərdən düzgün istifadə prinsiplərinə həsr edilmişdir.
Layihənin dekabrın 13-də saat 12:00- da baş tutacaq növbəti tədbiri “Aşıq sənətinin bu günki vəziyyəti və perspektivləri” adlanır. “Dəyirmi masa”da həm də bu günkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərindən bəhs ediləcəkdir.
Aşıq sənətini Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Aşıq yaradıcılığı aşıq musiqisi ilə bərabər şifahi xalq poeziyası nümunələrini də özündə birləşdirir.
Bu sənət müxtəlif mərhələrindən keçib xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan xalqının mənəvi mədəni sərvəti kimi YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, tədbir AMEA-nın Folklor İnstitutu ilə birlikdə həyata keçiriləcək. Bu “Dəyirmi masa” folklora, aşıq sənətinə həsr olunacaq tədbirlər silsiləsinin başlanğıcıdır. “Dəyirmi masa”da Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov, Folklor İnsitutunun direktoru, akademik Muxtar İmanov, Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Qəzənfər Paşayev, Folklor İnstitunun şöbə müdiri Elxan Məmmədli, AMEA-nın əməkdaşları Məti Osmanoğlu, Seyfəddin Qəniyev, Aşıq Cahangir Quliyev, Aşıq Tərmeyxan Qasımov, aşıqşünas, Kamilə Dadaşzadə, İradə Köçərli, Nemət Qasımlı, Ağamurad İsrafilov, Altay Məmmədli, Hafiz Kərimov iştirak edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!