EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Əməkdar rəssamın yubileyi keçirilib

Beynəlxalq Muğam Mərkəzində  Əməkdar  rəssam, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi  keçirilib. İyunun 27-də reallaşan yubiley tədbirində qonaqlar ilk olaraq  Muğam Mərkəzinin foyesində rəssamın əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Teymur Rzayevin fəaliyyəti haqqında danışıb.  Bildirib ki, istedadlı rəssam Teymur Rzayev həm də fəal ictimai xadimdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb. O, Teymur Rzayevin xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafında göstərdiyi xidmətləri qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Teymur Rzayevin əsərləri dünyanın rəsm qalereyalarını bəzəyir. Rəssamın türk dünyasında müstəsna xidmətləri var. Çıxışın sonunda Günay Əfəndiyeva Türk Dünyası sənət irsinin təbliğinə verdiyi töhfələrə görə Teymur Rzayeva fəxri diplom təqdim edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın Baş katibi Düsen Kaseinovun Teymur Rzayevə təbrik məktubunu oxuyub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Teymur Rzayevin sənətkar kimi daim axtarışda olduğunu bildirib. Tədbirdə Aran Film Yaradıcılıq Mərkəzinin rəssamın 60 illik yubileyinə həsr etdiyi film nümayiş olunub. Yubiley tədbiri konsert proqramı ilə davam edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!