EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində gənc şairlərin Natəvan qəzəllərinə yazdıqları nəzirələr səslənəcək

Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xan qızının yubiley ilinə həsr olunmuş “Xurşidbanu Natəvan 190 – Muğam və qəzəl gecəsi” adlı tədbir keçiriləcək.

BMM-in təşkilatçılığı ilə keçiriləcək tədbirin aparıcısı Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmidir.

Gecədə BMM-in solistləri ilə yanaşı, muğam müsabiqəsinin qalibləri də çıxış edəcək. Həmçinin gənc şairlərin Natəvan qəzəllərinə yazdıqları nəzirələr səslənəcək.

Görkəmli şairə, parlaq bədii istedad sahibi Xurşidbanu Natəvanın mədəniyyət tariximizdə layiqli yeri var. Klassik ədəbi ənənələrimizi yaşadan yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı sayəsində Natəvan dövrün mədəni mühitinin formalaşmasına mühüm təsir göstərmiş, dolğun ictimai fəaliyyəti ilə şöhrət qazanmışdır. Şairənin təşkil etdiyi “Məclisi-üns” ədəbi məclisində tanınmış şairlər toplanardı. O, istedadlı gəncləri də məclisə dəvət edir, onların yetişməsinə öz töhfəsini əsirgəmirdi.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!