EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Haqq mənəm , haqq məndədir”adlı musiqili- bədii axşam keçirilib

Beynəlxalq Muğam Mərkəzi “Nəsimi ili” çərçivəsində layihələrə dəstək verir.
Ölkəmizdə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzinin və Folklor İnstitutunun birgə layihəsi əsasında İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Haqq mənəm, haqq məndədi” adlı  musiqili-bədii axşam keçirildi.
Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səsləndi.
Gecədə Əməkdar artistlər  Nuriyyə Hüseynova,  Solmaz Kosayeva, solistlər Həlimə Soltan, Mehman Mikayilov, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Ceyhun Muradov, Rafael Əsgərov,Cahandar Mikayilovun ifasında şairin şeirlərindən nümunələr tamaşaçılara təqdim olundu.

Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Dədə Qorqud” ansamblı müşayiət edirdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!