EventsFestivallarJazzMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “I am jazman” müsabiqəsinin qaliblərinin konserti keçirilib

Oktyabrın 22- də Beynəlxalq Muğam Mərkəzində “Bakı Jazz” Beynəxlalq Caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazzman!” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması keçirildi.

Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdirdilər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məhşur caz ustalarının əsərlərini və milli caz kompazisiyalarını səsləndirdilər.
Konsertdə vokal ifalarla yanaşı skripka,piano, gitara və.b. musiqi alətlərində instrumental caz improvizələr də təqdim edildi.

Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!