Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzində “Mavi İşıqla İşıqlandır” adlı konsert

30 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Autizm gününə həsr olunmuş “Mavi İşıqla İşıqlandır” adlı konsert keçirildi. Qeyd edək ki, aprel ayı autizm ayı kimi qeyd olunur. Azərbaycan bu layihəyə 2012-ci ildə Heydər Əliyev Fondunun və BMT- nin uşaq fondunun (UNICEF) dəstəyi ilə Ümumdünya Autizm günündə qoşulub.

Frame.az bildirir ki, tədbirin açılışında autizmli uşaqların ifasında Azərbaycan və Türkiyə himni səsləndi. Autizmlə bağlı tanınmış sənətçilərin maarifləndirici fikirlərindən ibarət vidioçarx nümayiş olundu.

Əvvəlcə İzmir Autizm Orkestrı – İZOT (autizmli uşaqlardan ibarət) xor qrupu öz ifaları ilə qonaqları salamladı. Daha sonra səhnəyə “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Zeynalova çıxaraq bu tədbirdə öz əməyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirdi və Beynəlxalq Muğam Mərkəzinə bu tədbirin reallaşmasında, autizm ilə baglı maarifləndirici videoçarxın hazırlanmasında göstərdiyi dəstəyə görə minnətdarlığını çatdırdı. Konsertdə tanınmış sənətçilər Tünzalə Ağayeva və Natiq ritm qrupunun iştirakı tədbirin daha da maraqlı keçməsinə səbəb oldu. Tədbirdə Əməkdar artist Tünzalə Ağayevanın iştirakı ilə “Azərbaycanlıyam”, Natiq ritm qurupunun  ifasında isə “Atəşgah” kompozisiyası  səsləndi. Frame.az

Exit mobile version